PSJ “Monako”ya evdə uduzdu

Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Lion” səfərdə “Brest”in qonağı olub. Beş qolun qeydə alındığı matçda qonaqlar çətin qələbəyə seviniblər.

Şənbə günü daha iki görüş baş tutub. “Sent-Etyen” – “Reyms” matçında qalib müəyyənləşməyib. Marsel “Olimpik”i də səfərdə “Nant”la heç-heçəyə razılaşıb.

Lider “Lill” bu turda “Loryan” səfərinə yollanıb və darmadağına sevinib. Turun mərkəzi görüşündə son çempion PSJ Parisdə “Monako” ilə üz-üzə gəlib. Son çempion bu oyundan məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1, 26-cı tur

19 fevral

Brest – Lion 2:3
Qol
: Şarbonne, 53. Kardona, 74 – Paketa, 9. Auar, 29. Depay, 44-pen.

20 fevral

Sent-Etyen – Reyms 1:1
Qol
: Abi, 89 – Ture, 72.

Nant – Marsel 1:1
Qol
: Blez, 50 – Payet, 69.

21 fevral

Monpelye – Renn 2:1
Qol
: Mavididi, 17; 27 – Jirassi, 78.

Lans – Dijon 2:1
Qol
: Fofana, 30. Banza, 64 – Nqonda, 61.

Nitsa – Mets 1:2
Qol
: Quiri, 61 – Kuyate, 15. Queye, 38.

Nim – Bordo 2:0
Qol
: Melinq, 14. Ripar, 71.

Strasburq – Anje 0:0

Loryan – Lill 1:4
Qol
: Erqo, 23 – Qravilyon, 21-öz qapısına. Fonte, 38. İkone, 59. Bradariç, 90+1.

PSJ – Monako 0:2
Qol
: Diop, 6. Maripan, 51.

Bombardir: Kilian Mbappe (PSJ) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button