Lider uduzdu, “Lill” zirvəyə şərik oldu
Futbol üzrə Fransa çempionatında 20-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Monako” səfərdə “Monpelye” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç qonaqların çətin qələbəsiylə yekunlaşıb.
Bir neçə gün öncə Fransa superkubokunu qazanan PSJ bu tur çərçivəsində səfərdə “Anje”nin qonağı olub və miinimal hesabla qalib gəlib. “Marsel” isə “Nim”lə ev oyunundan məğlub ayrılıb.
Lider “Lion” “Mets”i qəbul edib və məğlubiyyətlə üzləşib. “Lill” isə “Reyms”i qəbul edib və qələbə qazanaraq zirvəni ələ keçirən PSJ-yə şərik olub.
Bu turun “Loryan” – “Dijon” matçı koronavirusa görə təxirə salınıb.
Fransa Liqa 1, 20-ci tur
15 yanvar
Monpelye – Monako 2:3
Qol: Vahi, 64. Delor, 69 – Folland, 24. Ben Yedder, 35; 61-pen.
16 yanvar
Marsel – Nim 1:2
Qol: Benedetto, 85 – Eliasson, 55; 58.
Anje – PSJ 0:1
Qol: Kurjava, 70.
17 yanvar
Brest – Renn 1:2
Qol: Honorat, 4 – Buriqe, 7. Qrenye, 77-pen.
Nant – Lans 1:1
Qol: Louza, 36 – Kakuta, 81.
Nitsa – Bordo 0:3
Qol: Huanq, 50. Baysse, 75. Basiç, 87.
Strasburq – Sent-Etyen 1:0
Qol: Ayorke, 29.
Lill – Reyms 2:1
Qol: Bamba, 48. David, 90+1 – Zeneli, 36.
Lion – Mets 0:1
Qol: Leya, 90.
Bombardir: Kilian Mbappe (PSJ), Boulaye Dia (Reyms) – 12 qol.
Bizi Facebook-da izləyin