“Renn” “Lion”u darmadağınla yola saldı

Futbol üzrə Fransa Liqa 1-də 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Lans” doğma meydanda “Trua”nı böyük hesabla məğlub edib.

“Lill” doğma meydanda “Anje”ni sınağa çəkib və xal itkisi ilə üzləşib. Lider PSJ isə səfərdə “Bordo”nu məğlub edib.

Sonuncu oyun günündə yeddi qarşılaşma baş tutub. “Marsel” – “Mets” və “Reyms” – “Monako” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Nant” – “Strasburq” görüşündə də qalib müəyyənləşməyib

“Sent-Etyen” “Klermon”u məğlub yola salıb. “Loryan” evdə “Brest”ə, “Nitsa” isə “Monpelye”yə uduzub. Turun son matçında isə “Renn” “Lion”u böyük hesabla məğlub edib.

Fransa Liqa 1, 13-cü tur

5 noyabr

Lans – Trua 4:0
Qol
: Kalimuendo, 14. Said, 30. Klauss, 35. Frankovski, 60.

6 noyabr

Lill – Anje 1:1
Qol
: Dyalo, 27 – Unahi, 83.

Bordo – PSJ 2:3
Qol
: Elis, 78. Nyanq, 90+1 – Neymar, 26; 43. Mbappe, 63.

7 noyabr

Marsel – Mets 0:0

Loryan – Brest 1:2
Qol
: Qrbiç, 5 – Favr, 58. Munye, 80.

Nant – Strasburq 2:2
Qol
: Kulibali, 20. Muani, 48 – Diallo, 44. Tomasson, 68.

Reyms – Monako 0:0

Sent-Etyen – Klermon 3:2
Qol
: Nordin, 78. Krasso, 90+1. Sou, 90+3 – Bayo, 59. Bertomye, 64.

Nitsa – Monpelye 0:1
Qol
: Molle, 80.

Renn – Lion 4:1
Qol
: Labord, 45. Traore, 51. Truffer, 76; 83 – Paketa, 90+3-pen.

Bombardir: Conatan Devid (Lill) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button