“Marsel” qalib gəldi, “Monako” uduzdu
Futbol üzrə Fransa çempionatında 12-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında lider PSJ doğma meydanda son çempion “Lill”i qəbul edib. Hesabı qonaqların açdığı bu oyun sonda meydan sahiblərinin əzmkar qələbəsiylə bitib.
“Lion” bu turda “Lans”ın müqavimətini qırmağa çalışıb və buna çətin qələbə ilə nail olub.
Turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. Dörd qolun qeydə alındığı “Trua” – “Renn” matçında qalib müəyyənləşməyib. “Bordo” “Reyms”i, “Monpelye” “Nant”ı, “Strasburq” “Loryan”, “Brest” isə “Monako”nu məğlub yola salıb. “Anje” doğma meydanda “Nitsa”ya məğlub olub. Səfərdə “Klermon”la qarşılaşan “Marsel” da turu qələbə ilə başa vurub.
Fransa Liqa 1, 12-ci tur
29 oktyabr
PSJ – Lill 2:1
Qol: Markinyos, 74. Di Mariya, 88 – David, 31.
30 oktyabr
Mets – Sent-Etyen 1:1
Qol: Bulaya, 9 – Xazri, 16.
Lion – Lans 2:1
Qol: Ekambi, 25-pen. Auar, 41 – Kalimuendo, 61.
31 oktyabr
Anje – Nitsa 1:2
Qol: Bufal, 29 – Delor, 57; 90+1.
Bordo – Reyms 3:2
Qol: Adli, 73. Briand, 78; 90+4 – Ekitike, 37. Loko, 63.
Monpelye – Nant 2:0
Qol: Molle, 64. Vahi, 71.
Strasburq – Loryan 4:0
Qol: Ayorke, 28. Diallo, 39; 45+1. Tomasson, 64.
Trua – Renn 2:2
Qol: Rami, 38. Dinqome, 40 – Aquer, 9. Terrye, 81.
Brest – Monako 2:0
Qol: Munye, 18. Honorat, 79.
Klermon – Marsel 0:1
Qol: C.Ündər, 25.
Bombardir: Məhəmməd Bayo (Klermon), Conatan Devid (Lill), Qaetan Lyabord (Renn) – 6 qol.
Bizi Facebook-da izləyin