PSJ-ni dayandıran tapıldı
Futbol üzrə Fransa çempionatında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Lans” doğma meydanda “Reyms”i qəbul edib. Meydan sahibləri bu oyundan innamlı qələbəylə ayrılıblar.
Şənbə günü daha iki oyun baş tutub. “Monpelye” – “Strasburq” matçında qalib müəyyənləşməyib. “Nitsa” isə “Brest”lə ev oyunundan qələbə ilə ayrılıb.
Lider PSJ bu turda “Renn” səfərinə yollanıb. Paris təmsilçisi bu oyunda 2 cavabsız qolla uduzub və cari mövsümdə həm ilk xal itkisi, həm də ilk məğlubiyyətlə üzləşib. “Monako” “Bordo”nu darmadağınla yola salıb. “Marsel” son çempion “Lill”in qonağı olub və 2 cavabsız qolla məğlub olub.
Turun son matçında “Lion” səfərdə “Sent-Etyen”lə qarşılaşıb. Bu oyun isə heç-heçə bitib.
Fransa Liqa 1, 9-cu tur
1 oktyabr
Lans – Reyms 2:0
Qol: Kalmuendo, 45+1; 52.
2 oktyabr
Monpelye – Strasburq 1:1
Qol: Molle, 12 – Qameyro, 28.
Nitsa – Brest 2:1
Qol: Todibo, 45. Bard, 61 – Honorat, 90+3.
3 oktyabr
Renn – PSJ 2:0
Qol: Labord, 45. Tait, 46.
Anje – Mets 3:2
Qol: Ço, 53. Manqani, 65. Bahoken, 90+2 – Bronn, 10. Bulaya, 58.
Loryan – Klermon 1:1
Qol: Laport, 54 – Bayo, 15.
Monako – Bordo 3:0
Qol: Tçuameni, 35. Qolovin, 48. Ben Yedder, 64-pen.
Nant – Trua 2:0
Qol: Jirotto, 58. Blas, 69-pen.
Lill – Marsel 2:0
Qol: David, 28; 90+4.
Sent-Etyen – Lion 1:1
Qol: Xazri, 90+4-pen – Auar, 42.
Bombardir: Kilian Mbappe (PSJ) – 5 qol.
Bizi Facebook-da izləyin