PSJ autsayderə qalib gəldi
Bu gün Fransa Liqa 1-də 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, son çempion “Lill” doğma meydanda “Reyms”i qəbul edib və qələbə qazanıb. “Monako” “Sent-Etyen”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Monpelye” isə “Bordo”yla ev oyunundan 1 xalla ayrılıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Marsel”in bu turdakı rəqibi “Anje” olub. Bu komandaların oyununda qapılara qol vurulmayıb.
6 turdan sonra maksimum nəticə göstərərək lider olan PSJ səfərdə “Mets”lə qarşılaşıb. Paris təmsilçisi bu oyundan da qələbə ilə ayrılıb.
Fransa Liqa 1, 7-ci tur
22 sentyabr
Lill – Reyms 2:1
Qol: David, 31. Andre, 43 – Flips, 74-pen.
Monako – Sent-Etyen 3:1
Qol: Volland, 27. Ben Yedder, 62-pen; 86 – Buanqa, 41.
Monpelye – Bordo 3:3
Qol: Jerman, 11; 50. Molle, 71 – Huanq, 18. Onana, 29. Kalu, 85.
Nant – Brest 3:1
Qol: Blas, 27. Çirivelya, 55. Brasye, 58-öz qapısına – Le Duaron, 67.
Renn – Klermon 6:0
Qol: Martin, 32. Terye, 36. Sulemana, 55; 57. Laborde, 64. Tait, 77.
Anje – Marsel 0:0
Lans – Strasburq 0:1
Qol: Ayorke, 67.
Lion – Trua 3:1
Qol: Şakiri, 72. Emerson, 72. Paketa, 87 – Şavalerin, 45.
Loryan – Nitsa 1:0
Qol: Monkonduit, 23.
Mets – PSJ 1:2
Qol: Kuyate, 39 – Hakimi, 5; 90+4.
Bombardir: Kilian Mbappe (PSJ) – 5 qol.
Bizi Facebook-da izləyin