“Lill”in qələbə seriyasına son qoyuldu

Futbol üzrə Fransa çempionatında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında son çempion PSJ doğma meydanda “Nitsa”nı sınağa çəkib və qələbə qazanıb. “Reyms” “Lans”la heç-heçəyə razılaşıbsa, “Lion” “Monpelye” ilə ev oyununda məğlubiyyətə üzülüb.

“Monako” bu tur çərçivəsində “Loryan”ı sınağa çəkib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Lider “Lill” isə “Brest”lə qarşılaşıb və doğma meydanda xal itkisi ilə üzləşib. Turun son matçında “Marsel” səfərdə “Bordo” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da qapılara qol vurulmayıb.

Fransa Liqa 1, 25-ci tur

13 fevral

PSJ – Nitsa 2:1
Qol
: Draksler, 22. Kin, 65 – R.Lopes, 50.

Reyms – Lans 1:1
Qol
: Zeneli, 13 – Sotoka, 61.

Lion – Monpelye 1:2
Qol
: Paketa, 45+1 – Savanye, 20. Vahi, 65.

14 fevral

Monako – Loryan 2:2
Qol
: Ben Yedder, 48-pen; 90+2 – Moffi, 7-pen; 62.

Anje – Nant 1:3
Qol
: Manqani, 33-pen – Simon, 4. Luza, 7-pen. Bamba, 86.

Dijon – Nim 0:2
Qol
: Ripar, 76. Eliasson, 87.

Mets – Strasburq 1:2
Qol
: Delayne, 17 – Tomasson, 33; 84.

Renn – Sent-Etyen 0:2
Qol
: Buanqa, 27. Nordin, 71.

Lill – Brest 0:0

Bordo – Marsel 0:0

Bombardir: Kilian Mbappe (PSJ) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button