Türk futbolçu “Qarabağ”ın rəqibini məğlubiyyətdən xilas etdi
Futbol üzrə Fransa çempionatında 21-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Nitsa” doğma meydanda “Nant”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Şənbə günü “Sent-Etyen” doğma meydanda “Lans”a uduzub. Lider PSJ isə “Brest”i sınağa çəkib və inamlı qələbəyə sevinib.
“Renn” “Bordo” ilə oyunda 6 cavabsız qola sevinib. “Monako” isə “Klermon”la üz-üzə gəlib və 4 cavabsız qolla üstün olub. “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” doğma meydanda “Lill”in müqavimətini qırmağa çalışsa da, məğlubiyyətdən xilas olması ilə təsəlli tapıb.
Fransa Liqa 1, 21-ci tur
14 yanvar
Nitsa – Nant 2:1
Qol: Dolberq, 21. Turam, 56 – Jirotto, 45.
15 yanvar
Sent-Etyen – Lans 1:2
Qol: Budebuz, 38 – Sotoka, 77. Fofana, 90+5.
PSJ – Brest 2:0
Qol: Mbappe, 32. Kehrer, 53.
16 yanvar
Renn – Bordo 6:0
Qol: Terrye, 32. Buriqe, 43. Laborde, 61. Truffer, 69. Jirassi, 89; 90+1.
Loryan – Anje 0:0
Monako – Klermon 4:0
Qol: Diop, 45+1. Ben Yedder, 55; 62-pen. Henrike, 83.
Reyms – Mets 0:1
Qol: Nyane, 61.
Strasburq – Monpelye 3:1
Qol: Macid, 77. Tomasson, 84. Qameyro, 86 – Molle, 11.
Trua – Lion 0:1
Qol: Dembele, 33.
Marsel – Lill 1:1
Qol: C.Ündər, 75 – Botman, 15.
Bombardir: Conatan Devid (“Lill”) – 12 qol.
Bizi Facebook-da izləyin