
Di Maria: “Bu gün evə getməyin vaxtıdır”
Argentinalı yarımmüdafiəçi Anxel Di Maria “Rosario”ya qayıtmazdan əvvəl Avropa futbolu ilə vidalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında bunu yazıb:
“Bu gün evə getməyin vaxtıdır. Avropadakı karyeram başa çatıb. Uzun illər keçdi, bir çox klublarda oynamışam və unudulmaz təəssüratlarla ayrılıram.
Avropada olduğum 18 il ərzində mən təkcə gözəl şəhərlərdə deyil, həm də çoxlu gözəl insanların olduğu möhtəşəm klublarda yaşamaqdan həzz almışam. Həmişə ürəyimdə saxlayacağım dostlar qazandım. Yaşadığım inanılmaz anların hər biri məni bugünkü kimi etdi. Mənim üçün etdikləri hər şeyə görə getdiyim hər bir kluba təşəkkür etməkdən yorulmayacam: “Benfika”, “Real”, “Mançester Yunayted”, PSJ və “Yuventus”. Mənə həm oyunçu, həm də bir insan kimi böyüməyə kömək etdikləri üçün təşəkkür edirəm. Portuqaliya, İspaniya, İngiltərə, Fransa və İtaliyaya qapılarınızı mənə açdığınız üçün çox sağ olun. Əlvida”.
37 yaşlı futbolçu doğma klubuna qayıdıb.
Di Maria peşəkar karyerasına “Rosario”nun əsas komandasında başlayıb, 2007-ci ildə “Benfika”ya qatılmazdan əvvəl burada iki il çıxış edib. O, Avropada “Real”, “Mançester Yunayted”, PSJ və “Yuventus”da da forma geyinib. Di Maria son iki ilini “Benfika”da keçirib.
Bizi Facebook-da izləyin



