DÇ-2022: İngiltərə xal itirdi, Almaniya və İtaliya darmadağına sevindi

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığması da növbəti matçına dünən çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv doğma meydanda Portuqaliyanı qəbul edib və 3 cavabsız qolla uduzub. Qrupun digər oyununda İrlandiya və Serbiya milli komandaları üz-üzə gəliblər. Bu görüşdə isə qalib müəyyənləşməyib. Bu turu buraxan Lüksemburq yığması da Qətərlə yoxlama oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

G qrupunda yer alan Türkiyə milli komandası səfərdə Niderlandla qarşılaşıb. Yeddi qolun qeydə alındığı matçda “ay-ulduzlular” böyük hesabla məğlub olublar.

Ardıcıl 5 oyundur ki, qələbə qazana bilməyən Fransa yığmasının rəqibi Finlandiya olub. Fransızlar nəhayət ki, bu görüşdə inamlı qələbəyə seviniblər. Qrupun digər matçında Bosniya və Herseqovina Qazaxıstanla üz-üzə gəlib. Dörd qolluq bu görüş heç-heçə bitib.

Bu gün keçirilən qarşılaşmalarla 6-cı tura yekun vurulub. B qrupunda İspaniya Kosovonun, İsveç Yunanıstanın qonağı olub. İspanlar inamlı qələbəyə sevinsələr də, isveçlilər məğlubiyyətlə üzləşib.

C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

E qrupunda Belçika Belarusu minimal hesabla üstələyib. Uels – Estoniya matçında isə qol səsi eşidilməyib.

Gecənin maraqlı görüşlərindən biri I qrupunda baş tutub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Bu oyunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu məğlub edib.

J qrupunda Rumıniya səfərdə Şimali Makedoniya ilə heç-heçə edib. Almaniya isə İslandiya ilə səfər matçında darmadağına sevinib.

DÇ-2022, seçmə mərhələ, 6-cı tur

7 sentyabr

A qrupu

Azərbaycan – Portuqaliya 0:3
Qol
: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.

İrlandiya – Serbiya 1:1
Qol
: Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20.

H qrupu

Rusiya – Malta 2:0
Qol
: Smolov, 10. Bakayev, 84.

Xorvatiya – Sloveniya 3:0
Qol
: Livaya, 33. Paşaliç, 66. Vlaşiç, 90+4.

Slovakiya – Kipr 2:0
Qol
: Şçrans, 55. Kosçelnik, 78.

D qrupu

Bosniya və Herseqovina – Qazaxıstan 2:2
Qol
: Pyaniç, 74-pen. Menalo, 86 – Kuat, 52. Zaynutdinov, 90+5.

Fransa – Finlandiya 2:0
Qol
: Qrizmann, 25; 54.

F qrupu

Avstriya – Şotlandiya 0:1
Qol
: Daykes, 30-pen.

Danimarka – İsrail 5:0
Qol
: Poulsen, 28. Kyaer, 31. Skov Olsen, 41. Dileyni, 58. Kornelius, 90+1.

Farer adaları – Moldova 2:1
Qol
: Olsen, 68. Vatnsdal, 72 – Milinkeanu, 84.

G qrupu

Niderland – Türkiyə 6:1
Qol
: Klaassen, 1. Depay, 16; 38-pen; 54. Til, 80. Malen, 90 – C.Ünder, 90+2.

Norveç – Cəbəllütariq 5:1
Qol
: Torstvedt, 23. Haland, 27; 39; 90+1. Sorlot, 59 – Stixe, 43.

Monteneqro – Latviya 0:0

8 sentyabr

J qrupu

Ermənistan – Lixtenşteyn 1:1
Qol
: Mxitaryan, 45+5-pen – Frik, 80.

İslandiya – Almaniya 0:4
Qol
: Qnabri, 4. Rudiger, 24. Sane, 56. Verner, 89.

Şimali Makedoniya – Rumıniya 0:0

B qrupu

Yunanıstan – İsveç 2:1
Qol
: Bakasetas, 62. Pavlidis, 78 – Kayson, 80.

Kosovo – İspaniya 0:2
Qol
: Fornals, 32. F.Torres, 90.

C qrupu

İtaliya – Litva 5:0
Qol
: Kin, 11; 29. Utkus, 14-öz qapısına. Raspadori, 24. Di Lorenso, 54.

Şimali İrlandiya – İsveçrə 0:0

E qrupu

Uels – Estoniya 0:0

Belarus – Belçika 0:1
Qol
: Praet, 33.

İ qrupu

Polşa – İngiltərə 1:1
Qol
: Şimanski, 90+2 – Keyn, 72.

Macarıstan – Andorra 2:1
Qol
: Salai, 9. Botka, 18 – Lovera, 82.

Albaniya – San Marino 5:0
Qol
: Manay, 32. Laçi, 58. Broya, 61. Hüsay, 68. Uzuni, 80.

Bombardir: Aleksandr Mitroviç (Serbiya), Memfis Depay (Niderland) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button