Azərbaycan millisinin DÇ-2022 əzabı bitdi! – Son şapalağı Lüksemburq vurdu
Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna start verilib.
Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv doğma meydanda Lüksemburqu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb. Məhsuldar keçən oyun Azərbaycan yığmasının növbəti məğlubiyyəti ilə başa çatıb.
Qrup mərhələsinin digər matçında İrlandiya yığması Portuqaliyanın müqavimətini qırmağa çalışacaq.
A qrupunda Azərbaycan millisi 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla 1-ci pillədə qərarlaşıb.
DÇ-2022, seçmə mərhələ, 9-cu tur
11 noyabr
A qrupu
Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
Qırmızı vərəqə: T.Mütəllimov, 21.
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Sediyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.
Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Martins Pereyra, 9. Danel Sinani, 10. Jerson Rodriqes, 11. Borges Sançes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Maykl Pinto, 18. Loran Yans (k).
Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malget, 5. Vahid Səlimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauris Devil, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastien Till, 22. Maykl Omosanya.
Baş məşqçi: Luk Holts.
23:45 İrlandiya – Portuqaliya
Bizi Facebook-da izləyin