“Bu gün daha yaxşı oynadıq” – Borisov
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz Naxçıvan” Almaniya çempionu “Yan Regensburq”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı federasiyanın rəsmi saytına açıqlama verib:
“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Yan Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.
Bizi Facebook-da izləyin