“Bu gün də əlimdən gələni etdim” – Ramil Şeydayev
AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Uels yığmasına 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev müsahibə verib.
Komanda.az xəbər verir ki, mili üzvü matçdan sonra sualları cavablandırıb:
– Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?
– Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.
– Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?
– Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.
– Uels sizi nə iləsə təəccübləndirdi?
– Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.
– Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?
– Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.
– Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.
– Rəqib mənə toxunmamışdı.
– Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?
– Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq. (Report)
Bizi Facebook-da izləyin