“Mən bəzən zəif oynamağa və qalib gəlməyə üstünlük verirəm”

“Barselona”nın cinah futbolçusu Rafinya “Atletiko”ya məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu gün çox yaxşı oynadıq. Amma mən bəzən zəif oynamağa və qalib gəlməyə üstünlük verirəm”.

Kataloniyalılar daha çox qol vəziyyətləri yaratsalar da, bu, xal qazanmağa kömək etməyib. Madrid klubu 96-cı dəqiqədə qələbə qolunu vurub.

“Atletiko” La Liqada 18 matçdan sonra 41 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” 19 oyundan sonra 38 xalla ikincidir. Üçüncü pillədə isə 17 oyundan 37 xal toplayan “Real” qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button