“Bu gün çox bəxtsizlik oldu” – Mutu
“Neftçi” baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:
“Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik.
Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə “Araz-Naxçıvan”ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi. Bu adamı içəridən “yandırır”, adama toxunur. Hamınız oyuna baxdız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi.
İdman direktorumuzla söhbətimiz olub. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq”.
Bizi Facebook-da izləyin