PSJ “Mançester Siti”yə ilk oyunda məğlub oldu
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə İspaniyanın “Real” komandası doğma meydanda İngiltərə “Çelsi”sini qəbul edib. Niderlandlı hakim Danni Makkelinin idarə etdiyi oyunda qalib müəyyənləşməyib. Komandalar arasındakı cavab oyunu mayın 5-də, İngiltərədə keçiriləcək.
Yarımfinalın digər görüşündə Fransa PSJ-si doğma meydanda “Mançester Siti”ni (İngiltərə) qəbul edib. PSJ bu oyunda hesabı açan tərəf olsa da, sonda “Mançester Siti” əzmkar qələbə qazanıb. Komandalar arasındakı cavab oyunu mayın 4-də, İngiltərədə keçiriləcək.
Çempionlar Liqası, yarımfinal mərhələsi, ilk oyunlar
27 aprel
Real (İspaniya) – Çelsi (İngiltərə) 1:1
Qol: Benzema, 29 – Pulişiç, 14.
Baş hakim: Danni Makkeli (Niderland)
Real: Tibo Kurtua, Rafael Varan, Eder Militao, Naço, Daniel Karvahal, Marselo, Toni Kroos, Kazemiro, Luka Modriç, Kərim Benzema, Vinisius Juniro.
Çelsi: Eduard Mendi, Tyaqo Silva, Andreas Kristensen, Antonio Rudiger, Ben Çilluel, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Meyson Maunt, Kristian Pulişiç, Timo Verner.
28 aprel
PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 1:2
Qol: Markinyos, 15 – De Bruyne, 64. Mahrez, 71.
Baş hakim: Feliks Brix (Almaniya)
PSJ: Keylor Navas, Presnel Kimpembe, Markinyos, Mitçell Bakker, Alessandro Florensi, Marko Verratti, İdrissa Quey, Leandro Paredes, Anxel Di Mariya, Neymar, Kilian Mbappe.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Joao Kanselo, İlkay Gündoğan, Rodri, Fil Foden, Kevin de Bruyne, Bernardo Silva, Riyad Mahrez.
Bizi Facebook-da izləyin