Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinə yekun vuruldu
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Ukraynanın “Dinamo” klubu doğma meydanda “Alkmaar”ı qəbul edib və inamlı qələbə sayəsində mərhələ adlayıb. Portuqaliya “Benfika”sı isə PAOK-un qonağı olub. Yunanıstan təmsilçisi rəqibini məğlub yola salıb. Belçika “Gent”i də Avstriya “Rapid”indən güclü olub.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa bu gün çıxıb. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşıb və penaltilər seriyasında məğlub olaraq ÇL-ə vida edib. Günün digər oyunlarında “Ferentsvaroş”, “Omoniya”, “Makkabi” və “Midtyulland” klubları növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
15 sentyabr
Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qol: Rodriqes, 49. Şaparenko, 86.
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qol: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4
Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qol: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.
16 sentyabr
Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya) 1:1 (penaltilər 4:2)
Qol: Lüftner, 31 – İvaniç, 45+1
Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Lovrençiç, 2, Uzuni, 65 – Qoyak, 23
Qarabağ – Molde (Norveç) 0:0 (penaltilər 5:6)
Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus) 1:0
Qol: Biton, 50-pen.
Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə) 3:0
Qol: Lefort, 51-öz qapısına. Dreyer, 62. Mabil, 84.
Bizi Facebook-da izləyin