“Bu gün bir xal qazandıq” – “Şamaxı”nın baş məşqçisi

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Zirə” ilə Azərbaycan Premyer Liqasının 17-ci tur oyunu (0:0) barədə fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, bir xala görə komandasını təbrik etdiyini deyib:

“Bu gün bir xal qazandıq, komandamı təbrik etmək olar. “Zirə” topla möhtəşəm oynayan komandadır. Futbolçularım çətin oyunda xal qazandılar. “Zirə”dən bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər.

Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button