Bakıda etiraz aksiyası: “Xalımızı geri qaytar!” FOTOLAR
Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Komanda.az xəbər verir ki, onlar Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar “Azərbaycan, Azərbaycan” şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.
Pankartlarda “Xalımızı geri qaytar”, “Futbol siyasət deyil”, “Qolu vermədiyiniz üçün, “çox sağ ol”, “Niderland pendirinə hə, niderland hakiminə yox”, “Ədalətsiz qərar” yazılıb.
Niderland səfirliyi etirazlara reaksiya verməyib (Futbolpress).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin