“Bu gün bəxtimiz gətirdi” – Rumıniya klubunun baş məşqçisi

FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Avropa Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 3:2 hesablı qələbəni belə şərh edib:

“Təşəkkür edirəm ki, mətbuat konfransında iştirak edirsiz. Futbolçularım adına sevindim və qürur duydum. Sözün əsl mənasında əziyyət çəkdik və əziyyətimizin qarşılığını gördük. Düşünürəm ki, futbolda bəxt də önəmlidir. Bu gün bəxtimiz də gətirdi, üç qolla qələbə qazana bildik.

Statiskaya baxsaq, qolların çoxu sərbəst vuruşlardan gəldi. Qeyd etdiyim kimi, eyni zamanda, bəxtimiz də gətirdi.

Həmçinin, hazırlıqlı olmaq, topa nəzarət etmək və vəziyyətdən çıxmaq da önəmli idi. Biz bu vəziyyətləri nəzərə aldıq.

Biz nəyə ümid edirdiksə, onu gördük. Oyun çətin oldu. Əziyyət çəkdik və əziyyətimizin qarşılığını gördük. Son nəticəmizi aldıq. “Qarabağ” güclü komandadır. Çox yaxşı hücumameyilli oynayır.

Öz adımdan, oyunçularım adından burda olan və olmayan, oyuna gələ bilməyən azarkeşlərimizə təşəkkür edirəm”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button