Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edəcək. 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Bayramov qələbə qazansa, 1/4 finalda Frank Çamizo (İtaliya) – Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün karateçi Firdovsi Fərzəliyev də Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. O, A qrupunda çıxış edəcək. 67 kq-dakı idmançı Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə döyüşlərdən sonra yarımfinala vəsiqə qazanmağa çalışacaq. İlk iki yerin sahibi yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edəcək.

Tokio-2020

5 avqust

Sərbəst güləş, 74 kq

06:30 1/8 final. Turan Bayramov (Kuba) – Vasil Mixaylov (Ukrayna)

Karate, 67 kq

07:15. A qrupu

Firdovsi Fərzəliyev – Eray Şamdan (Türkiyə)
Firdovsi Fərzəliyev – Naoto Saqo (Yaponiya)
Firdovsi Fərzəliyev – Darxan Assadılov (Qazaxıstan)
Firdovsi Fərzəliyev – Əli Elsavi (Misir)

İndiyədək Azərbaycanın 44 təmsilçisindən 31-i Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button