Elxan Məmmədov U-23 millisindən danışdı: “Mənim fikrimi bilmək istəyirsizsə…”

Bu gün “Azərbaycan Radiosu”nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.

Komanda.az xəbər verir ki, Məmmədov, canlı yayım vaxtı U-23 milli komandasının yaradılması haqda da fikirlərini deyib:

“İntizam Komitəsinin (İK) iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsizsə, məncə, U-23 millisini yaratmağa ehtiyac yoxdur. Çünki 22, ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı iki nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Premyer Liqada limit var. Ona görə də, bu məsələ gündəmimizdə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button