Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail”lə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə Premyer Liqada iştirak etmək üçün lisenziya verilib.

Yeni mövsüm avqustun 5-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button