
Bu gün Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri bilinəcək
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, tədbirdə Azərbaycanın üç klubu – “Zirə”, “Sumqayıt” və “Sabah”ın da potensial rəqibləri məlum olacaq.
“Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü səpələnmişlər, “Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Streda” (Slovakiya) cütləri isə səpələnməmişlər səbətində yer alacaq.
Püşkatma mərasimi saat 16:00-da başlayacaq.
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin