Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klub məlum oldu

Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-in iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/2021-ci il mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib. Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılmışdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button