
Neymar: “Bu gün azarkeşlərin bizi söyməyə haqqı var”
“Santos”un kapitanı Neymar Braziliya çempionatında “Vasko da Qama”ya 0:6 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, utandığını söyləyib:
“Biz çox dəhşətli idik. Ayıbdır. Bu gün azarkeşlərin bizi söyməyə və təhqir etməyə haqqı var. Mən utanıram. Həyatımda heç vaxt belə bir şey yaşamamışam”.
“Santos” doğma meydanda əsas rəqiblərindən birindən 6 cavabsız qol buraxıb.
Neymar bütün matçı meydanda keçirib və final fitindən sonra göz yaşlarına boğulub. 0:6 hesablı məğlubiyyət onun bütün karyerasında ən böyük hesablı yenilgi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



