Tokio-2020: Əzizova və Hərçəqani məğlub oldu
Bu gün Azərbaycan taekvondoçuları – Fəridə Əzizova və Milad Hərçəqani Tokio-2020-də mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançı Fəridə Əzizova döyüş meydanına çıxıb. O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb – 3:3.
Fəridə Əzizova Tokio-2020-də Azərbaycan millisinin bayraqdarlarından biri idi.
80 kq çəki dərəcəsində çıxış edən Milad Hərçəqani isə 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib. Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib.
Hərçəqani bu mərhələdə Özbəkistanı təmsil edən Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş rəqibin 12:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin