Tokio-2020: Rüstəm Orucov 1/4 finalda dayandı
Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Orucov ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib.
O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanıb və 1/4 finala çıxıb. Orucov bu mərhələdə Yaponiya təmsilçisi, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib. Görüş Şoheinin qələbəsiylə başa çatıb. Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşdə Akil Qyakova ilə görüşəcək.
Rüstəm Orucov Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında məhz Ono Şoheiyə uduzub.
Təsəlliverici, yarımfinal, bürünc medal uğrunda görüşlər və final Bakı vaxtı ilə saat 12:00-14:50 arasında keçiriləcək.
Bizi Facebook-da izləyin