Bu gün Avropa Super Liqasının yeni layihəsi təqdim olunacaq
“Yuventus”un prezidenti Andrea Anyelli bu gün Avropa Super Liqasının yeni layihəsini təqdim edəcək.
Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, bu gün “Yuventus”un prezidenti idman-iqtisadi konqresində çıxış edəcək və turnirin yeni layihəsi haqqında danışacaq.
Super Liqanın yaradıcıları tərəfindən təklif olunan yeni turnirin qapalı formatda keçirilməsidir.
Super Liqada iki divizion olacaq və turnirdə ümumilikdə 20 komanda iştirak edəcək. Beləliklə, komandalar aşağı diviziona düşə və yenidən yuxarıya yüksələ biləcəklər.
Əvvəlcə Super Liqanın yaradıcıları turnirdə 12 komandanın iştirak edəcəyini açıqlamışdı. Amma futbol ictimaiyyətinin etirazlarından sonra 9 klub layihədə iştirakdan imtina edib. Hazırda isə “Barselona”, “Real” və “Juventus” layihə üzərində işləməyə davam edir.
Bizi Facebook-da izləyin