Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, tədbir saat 16:00-da başlayacaq.
Öz qruplarında ikinci yeri tutan komandalar UEFA Çempionlar Liqasında üçüncü yerin sahibləri ilə görüşəcəklər.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
Avropa Liqasında qrupdan çıxanlar: PSV (Niderland), “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Nant”, “Renn” (hər ikisi Fransa), “Union” (Berlin, Almaniya), “Midtülland” (Danimarka), “Monako” (Fransa)
Çempionlar Liqasından gələnlər: “Ayaks” (Niderland), “Bayer” (Almaniya), “Barselona”, “Sevilya” (hər ikisi İspaniya), “Sportinq” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Şaxtyor” Donetsk (Ukrayna), “Yuventus” (İtaliya)
Bizi Facebook-da izləyin