APOEL davam, “Qarabağ” tamam

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. “Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatıb.

Qrup mərhələsinin digər oyununda APOEL səfərdə “Düdelanj”la qarşılaşıb və qələbə qazanıb. Kipr təmsilçisi bu qələbə sayəsində növbəti mərhələyə yüksəlib. “Qarabağ”ın isə qrupda qalması rəsmiləşib.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

28 noyabr

Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan) 2:0
Qol: Brayan Gil, 61. Munas Dabbur, 90+2.
Baş hakim: Məhəmməd Əl Hakim (İsveç)

Sevilya: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k), 7 Roni Lopes, 9. Munas Dabbur, 11. Munir El Haddadi, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres.
Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 22. Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Gil, 34. Felipe.
Baş məşqçi: Xulen Lopeteqi.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.

Düdelanj (Lüksemburq) – APOEL (Kipr) 0:2
Qol: Matiç, 12-pen. Merkis, 42.
Baş hakim: Canluka Rokki (İtaliya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button