“Qarabağ”dan növbəti mərhələyə doğru 1 addım

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kipr APOEL-i ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Qrupun digər oyununda “Sevilya” Lüksemburq “Düdelanj”ını qəbul edəcək.

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur

24 oktyabr

Qarabağ – APOEL (Kipr) 2:2
Qol: Dani Kintana, 13. Aylton Silva, 58 – Nikolas İoannu, 29. Linus Hallenius, 45+1.
Baş hakim:
Filip Qlova (Slovakiya)

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 17. Antonio Yakoliş, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.

Sevilya (İspaniya) – Düdelanj (Lüksemburq) 3:0
Qol:
F.Vaskes, 48; 75. El Haddadi, 78.
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button