“Neftçi”ni Avropa Liqasından da qovdular – darmadağınla

Bu gün Avropa Liqasında 3-cü mərhələnin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də növbəti matçına çıxıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Finlandiyanın HJK komandasının qonağı olub.

Komandalar arasında Bakıda baş tutan ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə “ağ-qaralar” üç cavabsız qolla məğlub olublar. Nəticədə, “Neftçi” UEFA Çempionlar Liqasının ardından, Avropa Liqasında da uğur qazana bilməyib.

“Neftçi” HJK səddini keçsəydi, pley-off mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gələcəkdi. “Ağ-qaralar” Finlandiya təmsilçisinə uduzduğu üçün mübarizəsini Konfrans Liqasında davam etdirəcək. “Neftçi” burada “Torshavn” (Farer adaları) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk matçda İsrail təmsilçisi rəqibini 7:2 hesabıyla məğlub edib.

Avropa Liqası, 3-cü mərhələ, cavab oyunları

12 avqust

HJK (Finlandiya) – Neftçi 3:0
Qol: Riku Riski, 47; 60-pen. Roope Riski, 90.
Baş hakim:
Deniz Aytekin (Almaniya)
İlk oyun – 2:2

HJK: 12. Yakob Tannander, 3. Yanne Saksela, 5. Daniel O`Şonessi (k), 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. David Braun, 27. Filip Valençiç.
Ehtiyat oyunçular: 31. Keto, 79. Matias Niemela, 9. Riku Riski, 14. Sebastian Dalström, 20. Tim Sparv, 22. Kevin Kuassivi-Benissan, 29. Antoni Olusanya, 47. Matti Peltola.
Baş məşqçi: Toni Koskela.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button