Bu gün Avropa çempionatına start veriləcək
Bu gün Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.
Komanda.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki “Allianz Arena”da keçiriləcək oyunu fransalı FİFA referisi Kleman Turpen idarə edəcək.
Oyun saat 23:00-da start götürəcək.
Bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.
AÇ-2024, 1-ci tur
A qrupu
14 iyun
23:00. Almaniya – Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa)
Münhen, “Allianz Arena” stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin