Bu gün Argentinada istirahət günüdür

Bu gün – dekabrın 20-də Argentinada istirahət günü elan edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hökumət milli komandanın DÇ-2022-ni qazandığı üçün bu addımı atıb.

Sakinlərin komanda üzvləri ilə görüşüb qələbəni qeyd etmələri üçün şərait yaradılıb. Bakı vaxtı ilə saat 07:00-da paytaxt Buenos Ayresdə yığmanın paradı başlayacaq.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button