“Borussiya” “Leyptsiq”ə səfərdə qalib gəldi
Bu gün Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları bir gündə baş tutub və eyni saatda start götürüb. Ötən tur çempionluğunu rəsmiləşdirən “Bavariya” “Frayburq”u qəbul edib və növbəti qələbəsini qazanıb.
Dortmund “Borussiya”sı bu turda çətin “Leyptsiq” səfərinə yollanıb. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Nəticədə Dortmund klubu sona bir tur qalmış gümüş medalları təmin edib. “Şalke” “Volfsburq”la ev oyunundan məğlub ayrılıb. “Herta” isə “Bayer”i məğlub yola salıb.
Almaniya Bundesliqası, 33-cü tur
20 iyun
Bavariya – Frayburq 3:1
Qol: Kimmix, 15. Levandovski, 24; 37 – Holer, 33.
Fortuna – Auqsburq 1:1
Qol: Henninqs, 26 – Nyederlexner, 10.
Köln – Ayntraxt 1:1
Qol: Kaynts, 45-pen – Dost, 72.
Herta – Bayer 2:0
Qol: Kunya, 22. Lukebakio, 54.
Hoffenhaym – Yunion 4:0
Qol: Bebu, 11. Kramariç, 39. Dabbur, 45+2. Baumqartlinger, 68.
Maynts – Verder 3:1
Qol: Kayson, 25. Boetyus, 30. E.Fernandes, 85 – Osako, 58.
Paderborn – Borussiya M 1:3
Qol: Mişel, 54 – Hermann, 4. Ştindl, 55; 73.
Leyptsiq – Borussiya D 0:2
Qol: Haland, 30; 90+3.
Şalke – Volfsburq 1:4
Qol: Matondo, 70 – Veqorst, 16; 56. Mbabu, 59. J.Viktor, 69.
Bombardir: Robert Levandovski (Bavariya) – 33 qol.
Bizi Facebook-da izləyin