“Borussiya” doğma meydanda uduzdu
Almaniya Bundesliqasında 32-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı “Volfsburq”u darmadağınla yola salıb. “Verder” isə “Bavariya”nı qəbul edib. Münhen klubu bu oyunda minimal hesabla qələbə qazanmaqla ardıcıl 8-ci, bütövlükdə isə 30-cu çempionluğunu rəsmiləşdirib.
Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Ayntraxt” “Şalke”ni, “Bayer” “Köln”ü məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Leyptsiq” – “Fortuna” matçında qalib müəyyənləşməyib. Günün ən gözlənilməz nəticəsi Dortmundda qeydə alınıb. “Borussiya” doğma meydanda “Maynts”a 2 cavabsız qolla uduzub. “Auqsburq” da “Hoffenhaym”la ev oyunundan məğlub ayrılıb.
Almaniya Bundesliqası, 32-ci tur
16 iyun
Borussiya M – Volfsburq 3:0
Qol: Hofmann, 11; 30. Ştindl, 65.
Frayburq – Herta 2:1
Qol: Qrifo, 61. Petersen, 71 – İbişeviç, 66-pen.
Yunion – Paderborn 1:0
Qol: Zolinski, 27-öz qapısına.
Verder – Bavariya 0:1
Qol: Levandovski, 43.
17 iyun
Ayntraxt – Şalke 2:1
Qol: A.Silva, 28. Abraham, 50 – Makkenni, 59.
Auqsburq – Hoffenhaym 1:3
Qol: Varqas, 69 – Dabbur, 59; 62. Bebu, 89.
Bayer – Köln 3:1
Qol: Bender, 7. Haverts, 40. Diabi, 83 – Bornau, 59.
Borussiya D – Maynts 0:2
Qol: Burkardt, 33. Mateta, 49-pen.
Leyptsiq – Fortuna 2:2
Qol: Kampl, 60. Verner, 63 – Skribski, 87. Hoffmann, 90+2.
Bombardir: Robert Levandovski (Bavariya) – 30 qol.
Bizi Facebook-da izləyin