“Leyptsiq” də uduzdu, “Borussiya” da

Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında Dortmund “Borussiya”sı doğma meydanda “Hoffenhaym”ı qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər.

Şənbə günü altı qarşılaşma baş tutub. “Arminiya” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Auqsburq” evdə “Bayer”ə, “Ştutqart” isə “Frayburq”a uduzub. “Köln” “Bohum”u, “Maynts” da “Qroyter”i məğlub yola salıb.

“Bayern”in bu turdakı rəqibi Berlin “Herta”sı olub. Münhen təmsilçisi doğma meydanda 5 cavabsız qolla qalib gəlib.

İki turdan sonra turnir cədvəlinə başçılıq edən “Volfsburq” turun son matçında “Leytpsiq”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar. Mönhenqladbax “Borussiya”sı isə səfərdə “Union Berlin”ə məğlub olub.

Almaniya Bundesliqası, 3-cü tur

27 avqust

Borussiya D – Hoffenhaym 3:2
Qol
: Reyna, 49. Bellingem, 69. Haland, 90+1 – Baumqartner, 61. Dabbur, 90.

28 avqust

Arminiya – Ayntraxt 1:1
Qol
: Vimmer, 86 – Hauqe, 22.

Auqsburq – Bayer 1:4
Qol
: Nyederlexner, 30 – Yaqo, 3-öz qapısına. Nyederlexner, 14-öz qapısına. Şik, 75. Virts, 81.

Köln – Bohum 2:1
Qol
: Şaub, 82. Lemperle, 90+1 – Zoller, 90+4.

Maynts – Qroyter 3:0
Qol
: Lukoki, 15. Salai, 18. Ştoger, 90+2.

Ştutqart – Frayburq 2:3
Qol
: Mavropanos, 45. Al Qaddiui, 45+2 – Yonq, 3; 9. Holer, 28.

Bayern – Herta 5:0
Qol
: Müller, 6. Levandovski, 35; 70; 84. Musiala, 49.

29 avqust

Yunion – Borussiya M 2:1
Qol
: Gesselmann, 22. Avoniyi, 41 – Hofmann, 90+1.

Volfsburq – Leyptsiq 1:0
Qol
: Russilyon, 52.

Bombardir: Robert Levandovski (“Bayern”) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button