“Ştutqart”a 1 qol bəs etdi

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Turnir cədvəlinin 5-ci pilləsində yer alan Dortmund “Borussiya”sı bu turda Frankfurt “Ayntraxt”ının müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb. “Volfsburq” “Köln”lə, autsayder “Şalke” isə “Bayer”lə qarşılaşıb. Bu oyunlarda qələbəni meydan sahibləri bayram ediblər.

Turun mərkəzi görüşündə lider “Bavariya” ən yaxın izləyicisi “Leyptsiq”in qonağı olub. Münhen klubunda hücumçu Robert Levandovski zədə səbəbindən bu görüşü buraxsa da, komandası minimal heabla qalib gəlməyi bacarıb.

Sonuncu oyun günündə “Ştutqart” “Verder”ə minimal hesabla qalib gəlib. “Yunion” – “Herta” matçında isə qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 27-ci tur

3 aprel

Ayqsburq – Hoffenhaym 2:1
Qol
: Varqas, 8. Han, 23 – Skov, 86.

Bayer – Şalke 2:1
Qol
: Alario, 26. Şik, 72 – Huntelar, 81.

Borussiya D – Ayntraxt 1:2
Qol
: Hummels, 45 – Şults, 11-öz qapısına. A.Silva, 87.

Maynts – Arminiya 1:1
Qol
: Brosinski, 56 – Voqlzammer, 76.

Volfsburq – Köln 1:0
Qol
: Brekalo, 69.

Leyptsiq – Bavariya 0:1
Qol
: Qoretska, 38.

Borussiya M – Frayburq 2:1
Qol
: Turam, 53; 60 – Sallai, 10.

4 aprel

Ştutqart – Verder 1:0
Qol
: Auqustinson, 81-öz qapısına.

Yunion – Herta 1:1
Qol
: Endrix, 10 – Lukebakio, 35-pen.

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button