“Bavariya”dan inamlı qələbə
Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Paderborn” “Köln”ü qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
Şənbə günü altı qarşılaşma baş tutub. “Herta” – “Verder”, “Şalke” – “Hoffenhaym” və “Volfsburq” – “Leyptsiq” oyunlarında qalib müəyyənləşməyib. “Bayer” “Ayntraxt”ı, “Frayburq” “Yunion”u məğlub yola salıb. Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Üç qolun qeydə alındığı bu qarşılaşmada isə qonaqlar qələbə qazanan tərəf olub.
Lider “Bavariya” bu turda “Auqsburq”u sınağa çəkib. Münhen təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Almaniya Bundesliqası, 25-ci tur
6 mart
Paderborn – Köln 1:2
Qol: Srbeni, 73 – Mere, 28. J.Hektor, 36.
7 mart
Bayer – Ayntraxt 4:0
Qol: Haverts, 4. Bellarabi, 14. Paulinyo, 49; 55.
Frayburq – Yunion 3:1
Qol: Sallai, 34. Gunter, 55. Kox, 82 – Andersson, 61.
Herta – Verder 2:2
Qol: Stark, 41. Kunya, 60 – Sargent, 3. Klaassen, 6.
Şalke – Hoffenhaym 1:1
Qol: Makkenni, 20 – Baumqartlinger, 69.
Volfsburq – Leyptsiq 0:0
Borussiya M – Borussiya D 1:2
Qol: Ştindl, 50 – Hazard, 8. Hakimi, 71.
8 mart
Bavariya – Auqsburq 2:0
Qol: Müller, 53. Qoretska, 90+1.
Maynts – Fortuna 1:1
Qol: L.Öztunalı, 62 – K.Karaman, 85.
Bombardir: Robert Levandovski (Bavariya) – 25 qol.
Bizi Facebook-da izləyin