“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Leyptsiq” doğma meydanda “Köln”ü qəbul edib və inamlı qələbəyə sevinib.

Lider “Bayern” bu turda “Bohum”la səfərdə qarşılaşıb. Altı qolun qeydə alındığı matç Münhen təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Bayer” isə “Ştutqart”la oyundan inamlı qələbə ilə ayrılıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Yunion”la qarşılaşan Dortmund “Borussiya”sı darmadağına sevinib. “Hoffenhaym” isə “Arminiya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası, 22-ci tur

11 fevral

Leyptsiq – Köln 3:1
Qol
: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

Ayntraxt F – Volfsburq 0:2
Qol
: Kruse, 28-pen. Lukebakio, 90+3.

Bohum – Bayern 4:2
Qol
: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.

Qroyter – Herta 2:1
Qol
: Hrqota, 1; 71 – Gexter, 82.

Borussiya M – Auqsburq 3:2
Qol
: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.

Frayburq – Maynts 1:1
Qol
: Petersen, 69 – Hak, 31.

Bayer – Ştutqart 4:2
Qol
: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.

13 fevral

Yunion – Borussiya D 0:3
Qol
: Roys, 18; 25. R.Gerreyro, 71.

Hoffenhaym – Arminiya 2:0
Qol
: Hubner, 22. Rutter, 51.

Bombardir: Robert Levandovski (“Bayern”) – 23 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button