“Frayburq”la “Köln”dən qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider “Bayern” doğma meydanda “Volfsburq” komandasını qəbul edib. Münhen təmsilçisi doğma meydanda darmadağına sevinib.
Dortmund “Borussiya”sı bu turda Berlində “Herta”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Leyptsiq” də “Arminiya” ilə ev oyununda xalsız qalıb. “Ayntraxt” isə “Maynts”ı məğlub yola salıb.
Tura “Köln” – “Ştutqart” matçıyla yekun vurulub. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Almaniya Bundesliqası, 17-ci tur
17 dekabr
Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.
18 dekabr
Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.
Bohum – Yunion 0:1
Qol: Kruse, 16.
Qroyter – Auqsburq 0:0
Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.
Hoffenhaym – Borussiya M 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.
Herta – Borussiya D 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.
19 dekabr
Frayburq – Bayer 2:1
Qol: Qrifo, 33-pen. Şade, 84 – Aranqis, 45+1.
Köln – Ştutqart 1:0
Qol: Modeste, 89.
Bombardir: Robert Levandovski (Bayern) – 18 qol.
Bizi Facebook-da izləyin