“Bavariya”ya bir qol bəs etdi
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Açılış matçında Münhenqladbax “Borussiya”sı doğma meydanda “Verder”i qəbul edib və minimal hesabla qalib gəlib. “Volfsburq” səfərdə “Maynts”dan, “Hoffenhaym” isə “Herta”dan güclü olub.
Turun mərkəzi görüşündə “Bayer” doğma meydanda Dortmund “Borussiya”sının müqavimətini qırmağa çalışıb. Üç qolun vurulduğu bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Lider “Bavariya” bu turda səfərdə “Auqsburq”un qonağı olub və minimal hesabla qalib gəlib. “Leyptsiq” isə Berlin “Yunion”unu sınağa çəkib. Bu oyunda da meydan sahibləri minimal hesabla üstün olublar.
Almaniya Bundesliqası, 17-ci tur
19 yanvar
Borussiya M – Verder 1:0
Qol: Elvedi, 66.
Maynts – Volfsburq 0:2
Qol: Bialek, 65. Veqorst, 79.
Herta – Hoffenhaym 0:3
Qol: Rudi, 33. Kramariç, 68; 88.
Bayer – Borussiya D 2:1
Qol: Diabi, 14. Virts, 80 – Brandt, 67.
20 yanvar
Şalke – Köln 1:2
Qol: Hoppe, 57 – Çixos, 31. Tilmann, 90+3.
Frayburq – Ayntraxt 2:2
Qol: Sallai, 32. Petersen, 63 – Yunes, 6. Şlotterbekk, 76-öz qapısına.
Leyptsiq – Yunion 1:0
Qol: Forsberq, 70.
Auqsburq – Bavariya 0:1
Qol: Levandovski, 13-pen.
Arminiya – Ştutqart 3:0
Qol: Klos, 27. Kempf, 47-öz qapısına. Doan, 86.
Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.
Bizi Facebook-da izləyin