“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Açılış matçında lider “Bayern” səfərdə “Ştutqart”ın qonağı olub və beş cavabsız qola sevinib.

Son turlarda uğursuz çıxış edən “Volfsburq” bu turda doğma meydanda “Köln”ə uduzub. “Arminiya” “Bohum”u, “Maynts” isə “Herta”nı məğlub yola salıb.

Dortmund “Borussiya”sı autsayder “Qroyter”lə oyunda darmadağına sevinib. “Leyptsiq” isə “Auqsburq”la qarşılaşmada növbəti xal itkisi ilə üzləşib.

Almaniya Bundesliqası, 16-cı tur

14 dekabr

Ştutqart – Bayern 0:5
Qol
: Qnabri, 40; 53; 74. Levandovski, 69; 72.

Arminiya – Bohum 2:0
Qol
: Okuqava, 51. Vimmer, 69.

Volfsburq – Köln 2:3
Qol
: Nmeça, 8. Veqorst, 51 – Modeste, 34; 89. Ut, 73.

Maynts – Herta 4:0
Qol
: Li, 19. Hak, 41. Vidmer, 49. Boetius, 79.

15 dekabr

Borussiya M – Ayntraxt 2:3
Qol
: Noyhaus, 6. Bensebaini, 54-pen – Borre, 45. Lindstrom, 50. Kamada, 55.

Auqsburq – Leyptsiq 1:1
Qol
: Kaliciuri, 86-pen – A.Silva, 19.

Bayer – Hoffenhaym 2:2
Qol
: Şik, 37; 63 – Stiller, 80. Dabbur, 83.

Borussiya D – Qroyter 3:0
Qol
: Haland, 33-pen; 82. Malen, 89.

Yunion – Frayburq 0:0

Bombardir: Robert Levandovski (Bayern) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button