“Borussiya” darmadağına üzüldü
Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında son turlarda uğursuz çıxış edən “Leyptsiq” Berlində “Yunion”un qonağı olub. Qonaqlar bu oyunda da məğlubiyyətə üzülüblər.
Turun mərkəzi görüşündə lider “Bayern” səfərdə ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Dörd qolun qeydə alındığı “Ştutqart” – “Herta” matçında qalib müəyyənləşməyib. Turun qapanış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Frayburq”la qarşılaşıb. Qonaqlar bu oyunda 6 cavabsız qola seviniblər.
Almaniya Bundesliqası, 14-cü tur
3 dekabr
Yunion – Leyptsiq 2:1
Qol: Avoniyi, 6. Baumqartl, 57 – Nkunku, 13.
4 dekabr
Arminiya – Köln 1:1
Qol: Lasme, 59 – S.Özcan, 17.
Auqsburq – Bohum 2:3
Qol: Qreqoritş, 57. Kaliciuri, 86 – Polter, 23; 45+2. Holtmann, 40.
Bayer – Qroyter 7:1
Qol: Adli, 12. Tapsoba, 17. Hinkapye, 45. Şik, 49; 69; 74; 76 – Dudjyak, 33.
Maynts – Volfsburq 3:0
Qol: Burkardt, 2. Stax, 4. Lakrua, 90-öz qapısına.
Borussiya D – Bayern 2:3
Qol: Brandt, 5. Haland, 48 – Levandovski, 9; 77-pen. Koman, 44.
5 dekabr
Ştutqart – Herta 2:2
Qol: Marmuş, 15. Forster, 19 – Yovetiç, 40; 76.
Borussiya M – Frayburq 0:6
Qol: Eggeştayn, 2. Şade, 5. Linhart, 12. Hofler, 19. Holer, 25. Şlotterbek, 37.
Bombardir: Robert Levandovski (Bayern) – 14 qol.
Bizi Facebook-da izləyin