Klublar Komitəsinin iclası keçirildi – “Qəbələ”siz
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin