Elxan Məmmədov səfirlə görüşdü

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sergio Osvaldo Peres Qunella ilə görüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması, AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button