Ölkə birinciliyinin püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında AFFA, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və Tələbə Futbol Federasiyasının baş katibi Lətif Novruzov iştirak ediblər.

34 komandanın mübarizə aparacağı yarış aprelin 4-da start götürəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button