Elxan Məmmədov: “Heç kimin xətrinə dəymək istəmirəm…”
Bu gün AFFA-nın 30-cu hesabat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da çıxış edib:
“Konfransda 35 nümayəndənin 31-i iştirak edir. Bu, konfransın keçirilməsi üçün yetərsaydır. Ötən il konfrans koronavirus pandemiyasına görə videoformatda keçirildi. Koronavirusa yoluxmaya baxmayaraq, çempionat davam etdi, milli komandamız rəsmi oyunlar keçirdi. Əfsuslar olsun ki, millinin Avropa çempionatındakı oyunları ürəkaçan olmadı. Futzal yığmamız Avropa çempionatının final mərhələsinə yüksəlsə də, qrupda qaldı. Klublarımız da avrokuboklarda çıxış edir. “Qarabağ” Konfrans Liqasında iki həftə sonra oyuna çıxacaq.
4 il əvvəl Azərbaycanda Region Liqasını yaratdıq. Heç kimin xətrinə dəymək istəmirəm, Region Liqasının bəzi oyunlarında tamaşaçı sayı Premyer Liqa klublarının matçlarındakı fanatların sayından çoxdur”.
Bizi Facebook-da izləyin