Futbolçuları “Sabah”ı 240 manat ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci divizionunun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt-2” – MOİK oyununda “Sumqayıt-2” komandasının futbolçusu Cəlal Cəbrayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sumqayıt-2” – MOİK oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur;

“Qarabağ-2” – “Zaqatala” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

“Qarabağ-2” komandasının futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” komandasının futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün komanda 240 manat cərimə olunur. Vurulmuş zərər “Sabah-2” komandası tərəfindən qarşılanmalıdır;

“Neftçi-2” – “Səbail-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Kəpəz” – “Zirə-2” oyununda “Kəpəz” klubunun texniki zonada oturan bəzi şəxsləri “A” buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button